Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

22 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən çimərlikdə istirahət edən vətəndaşlar arasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Maarifləndirmə tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərliklərdən düzgün istifadə qaydaları, zərərçəkmişlərin xilas edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi ilə bağlı biliklərin aşılanması olub.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “H.Z.Tağıyev” xilasetmə məntəqəsinin əməkdaşları, eləcə də şəhər sakinləri iştirak ediblər.

Mərkəzin və xilasetmə məntəqəsinin əməkdaşları çimərliklərdə istirahət edən vətəndaşlara su hövzələrində təhlükəsizlik qaydalarına riayət edilməsi, suda zərərçəkmişə ilkin yardımın göstərilməsi, qadağanedici nişanlara əməl olunması və çimərliklərdə sanitar-gigiyena qaydalarının tələblərinin yerinə yetirilməsi barədə ətraflı məlumat veriblər.

Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında və operativ şəkildə alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində də tövsiyələr də verilib. Vətəndaşlara mövzuya aid bukletlər, müxtəlif maarifləndirmə xarakterli təbliğat materialları paylanılıb, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

INSARAG sinifləndirilməsinə hazırlıq məqsədilə növbəti kurslar keçirilib

2-6 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin ...

Ardını oxu