Geri

FHN-in Cənub Regional Mərkəzi yerli qurumlarla qarşılıqlı fəaliyyətin təşkilinə dair tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 16 iyul 2021-ci il tarixində “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Lənkəran filialının əməkdaşları üçün “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda videokonfrans formatında tədbir keçirib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Lənkəran filialının əməkdaşları iştirak edib.

Tədbirdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqmətində görüləcək işlər, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları və eyni zamanda “112” qaynar telefon xətti haqqında məlumat verilib.

Daha sonra müəssisənin təxliyə planının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Tovuz regional Meşə Təsərrüfatı Mərkəzinin Cıdırxan meşəbəyliyinin 15 saylı dolayında “Meşələri yanğından qoruyaq” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Nizami rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

22 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən çimərlikdə istirahət edən vətəndaşlar arasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu