Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti növbəti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Oğuz rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə FHN-in DYNX-nin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini daxili xidmət polkovnik-leytenantı Nurlan Şahmurov, Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusifov, Dövlət Aqrar İnkişaf Mərkəzinin, Mənzil İstismar Kommunal Təsərrüfatı İdarəsinin, Elektrik Şəbəkəsinin, Sukanal İdarəsinin, Qaz İstismar Sahəsinin, Polis şöbəsinin və “Aqroservis” ASC-nin məsul vəzifəli nümayəndələri, habelə rayon inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi qaydaları, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, seminar-müşavirədə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Tovuz regional Meşə Təsərrüfatı Mərkəzinin Cıdırxan meşəbəyliyinin 15 saylı dolayında “Meşələri yanğından qoruyaq” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Nizami rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

22 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən çimərlikdə istirahət edən vətəndaşlar arasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu