Geri

FHN-in güləş komandası uğurlu nəticələrə imza atıb

18-22 aprel 2022-ci il tarixlərində Bakı şəhərinin Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə yunan-Roma və sərbəst güləş növü üzrə (U-17) gənclər arasında Azərbaycan çempionatı keçirilib.

Çempionatda 32 komandadan 400-ə yaxın idmançı öz qüvvəsini sınayıb. Yarışda mübarizəyə 10 idmançı ilə qoşulan FHN-nin güləş komandası İdman-sağlamlıq klubunun əməkdaşı Elmir Qəmbərov və məşqçi-müəllimlər Alov və Etiram Hüseynovun rəhbərliyi altında yüksək nəticə göstəriblər. Belə ki, yunan-Roma güləş növü üzrə 71 kq çəki dərəcəsində mübarizə aparan Davud Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan əlavə, 65 kq çəki dərəcəsində Elmir Sərxanov və 110 kq çəki dərəcəsində Mahir Qurbanlı yarışın bürünc medalına yiyələniblər. Sərbəst güləş növü üzrə isə 80 kq çəki dərəcəsində komandanın üzvü Nihad Əsgərov yarışın bürünc medalının sahibi olub.

Qaliblərə Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlərlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.

Sonda qaliblərə qiymətli hədiyyələr təqdim olunub.

 

 

 

 

 

 

 

 

Digər məlumatlar

FHN-in əməkdaşı karate üzrə Avropa çempionatında uğur qazanıb

20-22 may 2022-ci il tarixlərində Bolqarıstan Respublikasının Kranevo şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə yeniyetmə, gənclər, böyüklər və masterlər arasında 12-ci Avropa çempionatı keçirilib. ...

Ardını oxu

FHN-in idmançıları yeni uğurlara imza atıb

25-29 may 2022-ci il tarixlərində Türkiyənin Qaziantep şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında karate idman növü üzrə 57-ci Avropa çempionatı keçirilib. ...

Ardını oxu

FHN-in əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb

Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatında fərdi yarışlara yekun vurulub. ...

Ardını oxu