Geri

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar

9 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında karate üzrə 29-cu respublika çempionatı start götürüb.

Çempionatda 20-yə yaxın komandadan 150-yə yaxın idmançı mübarizə aparıb. Yarışda FHN-in İdman-sağlamlıq klubunun karate komandasının 14 idmançısı mübarizə apararaq yüksək nailiyyətlər əldə ediblər. Belə ki, kişilər arasında karate komandasının üzvü Tural Ələkbərli şəxsi kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medalın sahibi olub. Komandanın digər üzvü Murad Hacızadə isə şəxsi kumite yarışlarında 3-cü yerə layiq görülüb.

Klubun xanım üzvləri də yarışlarda müvəffəqiyyətlə çıxış ediblər. Qadınlar arasında şəxsi kata yarışlarında Samirə Məmmədova gümüş, Samirə Babayeva isə bürünc medalın sahibi olub.

Bundan əlavə, FHN-in Mülki müdafiə qoşunlarının hərbi qulluqçuları da çempionatda uğurlu nəticələr göstəriblər. Belə ki, kişilər arasında şəxsi kata yarışlarında MMQ-nin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Roman Heydərov qızıl medala, Həsən Əliyev isə şəxsi kumite yarışlarında gümüş medala layiq görülüb.

Qalib və mükafatçılara Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının medal və diplomları təqdim olunub.

 

 

 

 

 

Digər məlumatlar

FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb

İspaniyanın Santa-Susanna şəhərində bodibildinq və fitnes üzrə keçirilən Avropa çempionatına yekun vurulub. ...

Ardını oxu

FHN-in karate komandasının idmançıları uğur qazanıblar

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Karate Federasiyaları Assosiyasiyasının, Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Grand Winner” karate üzrə turnir keçirilib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubunda görüş keçirilib

22-26 mart 2023-cü il tarixlərində İspaniyanın Qvadalahara şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə böyüklər və para-karateçilər arasında 58-ci Avropa çempionatı keçirilib. ...

Ardını oxu