Geri

FHN-in karate komandasının idmançıları beynəlxalq turnirdə uğur qazanıblar

24-25 aprel 2021-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Unmei Cup”  beynəlxalq turniri keçirilib.

Turnirdə 7 ölkədən 450-dən çox idmançı mübarizə aparıb. Turnirdə FHN-in İdman-sağlamlıq klubunun karate komandasının 3 idmançısı, beynəlxalq və respublika əhəmiyyətli yarışların qalibi olmuş Nicat Kərimli, Nihad Kərimzadə və Xəyal Məmmədov da iştirak edib. Komandanın üzvü Nicat Kərimli 61 kq çəki dərəcəsində komanda kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medal və şəxsi yarışlarda isə gümüş medal qazanıb. Digər idmançımız Nihad Kərimzadə 70 kq çəki dərəcəsində şəxsi yarışlarda 2-ci yer tutaraq gümüş medalla kifayətlənib.

İdmançıların ilk məşqçiləri əməkdar məşqçilər və 6-cı dan qara kəmər sahibləri Akif Kərimov və  Rafael Məmmədov, hazırki şəxsi məşqçiləri isə əməkdar idman ustası, əməkdar məşqçi, 2 qat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

28 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev beynəlxalq turnirdə iştirak etmiş idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, idmançıların hər üçü Azərbaycan Milli Karate Federasiyasının milli komandasının üzvləridirlər.

Karateçilərimiz iyun ayında Kiprdə keçiriləcək Dünya Karate Federasiyasının rəsmi yarışlarından olan Gənclər liqası turnirində də iştirak edəcəklər.

Digər məlumatlar

FHN-nin Cüdo komandasının üzvü “İdman ustası” dərəcəsinə layiq görülüb

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi  xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...

Ardını oxu

FHN-in karate komandası keçirilən turnirdə uğurla çıxış edib

23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......

Ardını oxu

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki......

Ardını oxu