Geri

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar

28-31 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 21-ci respublika çempionatı keçirilib.

30 komanda və 300-ə yaxın idmançının iştirak etdiyi yarışda FHN-in İdman-sağlamlıq klubunun karate komandasının 8 idmançısı mübarizə apararaq yüksək nailiyyətlər qazanıblar.

14-15 yaş kişilər arasında karate komandasının üzvü Nihad Kərimzadə şəxsi kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınlar arasında isə şəxsi kumite yarışlarında Mədinə Baratzadə 2-ci, Vəsilə Hacıyeva 3-cü yerə layiq görülüb.

16-17 yaş qadınlar arasında şəxsi kata yarışlarında Samirə Məmmədova qızıl medal, kişilər arasında isə şəxsi kata yarışlarında Nihad Məmmədzadə gümüş medalın sahibi olub.

18-21 yaş kişilər arasında şəxsi kumite və kata yarışlarında Xəyal Məmmədov və şəxsi kumite yarışlarında Kənan Babayev 3-cü, qadınlar arasında isə şəxsi kata yarışları üzrə Samirə Babayeva 2-ci yeri qazanıb.

İdmançıların ilk məşqçiləri 1-ci dan qara kəmər sahibi Coşqun Sadıqov, əməkdar məşqçilər 6-cı dan qara kəmər sahibləri Akif Kərimov və Rafael Məmmədov, hazırki şəxsi məşqçiləri isə əməkdar idman ustası, əməkdar məşqçi, 2 qat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

2 noyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və klubun əməkdaşları çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlər ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıblar.

 

Digər məlumatlar

FHN-in idmançıları növbəti qələbələr əldə ediblər

10-16 yanvar 2022-ci il tarixlərində Azərbaycan Boks Federasiyasının və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks mərkəzinin arenasında böyüklər arasında Azərbaycan çempionatı keçirilib....

Ardını oxu

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar

9 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında karate üzrə 29-cu respublika çempionatı start götürüb....

Ardını oxu

FHN-in əməkdaşı Dünya çempionatında qızıl medal qazanıb

11-15 dekabr 2021-ci il tarixlərində Ukraynanın Xarkov şəhərində şaolin döyüş sənətləri üzrə Dünya çempionatı keçirilib. Azərbaycanı gənclərdən ibarət yığma komandanın baş məşqçisi Taleh Nağızadə və peşəkarlardan ibarət komandanın baş məşqçisi Ruhi Hüseynovun rəhbərliyi ilə idmançılar təmsil ediblər. Komandamızın üzvləri çempionatda böyük nailiyyətlər əldə edərək qızıl, gümüş......

Ardını oxu