Geri

FHN-in "Xilasedici" voleybol komandası turnir cədvəlində vahid liderliyə yüksəlib

4 fevral 2020-ci il tarixində “Sərhəçi” Olimpiya İdman Mərkəzinin arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "MOİK" komandaları üz-üzə gəlib. 

Rəqibni 3-0 (25:18, 25:21 və 25:20) hesabı ilə məğlub edən FHN-in “Xilasedici” komandası turnir cədvəlində vahid liderə çevrilib. Komandamızın 3 görüşdən sonra 9 xalı var.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları fevral ayının 8-də keçiriləcək. FHN-in "Xilasedici" komandasının növbəti oyunu FHN-in İdman-sağlamlıq mərkəzinin idman arenasında “Sərhədçi” komandası ilə baş tutacaq.

Digər məlumatlar

FHN-in karate komandasının idmançıları beynəlxalq turnirdə uğur qazanıblar

24-25 aprel 2021-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Unmei Cup”  beynəlxalq turniri keçirilib. ...

Ardını oxu

FHN-nin Cüdo komandasının üzvü “İdman ustası” dərəcəsinə layiq görülüb

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi  xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...

Ardını oxu

FHN-in karate komandası keçirilən turnirdə uğurla çıxış edib

23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......

Ardını oxu