Geri

FHN-in idmançıları yarışlarda mükafatlar qazanıblar

28-31 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin idman arenasında kiçikyaşlı yeniyetmələr arasında cudo üzrə Bakı birinciliyi keçirilib. Birincilik Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçiirlib.

Yarışda 62 komandadan 1250-dan çox idmançı mübarizə aparıb. FHN-in İdman-sağlamlıq mərkəzinin cüdo komandası Mərkəzin məşqçi müəllimi Arzu Axundovun rəhbərliyi altında yüksək nəticə göstərib. Akşin Məhərrəmov +73 kq çəki dərəcəsində və Rəsul Orucov -38 kq çəki dərəcəsində yarışın bürünc medalına layiq görülüblər. Qaliblərə Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları təqdim olunub.

30-31 yanvar 2020-ci il tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilən, 10 ölkədən 1450-dən çox idmançının iştirak etdiyi Karate Do Şotokan idman növü üzrə beynəlxalq turnirdə iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Gülnarə Əliyeva -55 və +55 kq çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər məlumatlar

FHN-in karate komandasının idmançıları beynəlxalq turnirdə uğur qazanıblar

24-25 aprel 2021-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Unmei Cup”  beynəlxalq turniri keçirilib. ...

Ardını oxu

FHN-nin Cüdo komandasının üzvü “İdman ustası” dərəcəsinə layiq görülüb

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi  xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...

Ardını oxu

FHN-in karate komandası keçirilən turnirdə uğurla çıxış edib

23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......

Ardını oxu