Geri

FHN-in cüdo komandası Azərbaycan Çempionatinda uğurla çıxış edib

29 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin idman arenasında Usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib. Çempionat Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçiirlib. Yarışda 12 komandadan 80-dan çox idmançı mübarizə aparıb.

FHN-in İdman-sağlamlıq mərkəzinin cüdo komandası Mərkəzin məşqçi müəllimi Rasim Babayevin rəhbərliyi altında yüksək nəticə göstərib. Məmmədov Amin 90 kq dərəcəsində yarışın gümüş medalına layiq görülüb. Qalibə Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları təqdim olunub.

Digər məlumatlar

FHN-in əməkdaşı Avrasiya çempionu olub

20-21 noyabr 2021-ci il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan Döyüş Sənəti üzrə Avrasiya Çempionatı keçirilib. Çempionatda doqquz ölkədən 300-ə yaxın idmançı iştirak edib....

Ardını oxu

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar

28-31 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 21-ci respublika çempionatı keçirilib....

Ardını oxu

FHN-in zabiti yenidən Azərbaycan çempionu olub

12-14 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Strongmen Federasiyasının birgə təşkilatçılığı ilə Strongmen İdman növü üzrə ölkə çempionatı keçirilib. ...

Ardını oxu