Geri

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki dərəcəsində yarışın gümüş medalına layiq görülüb.

Qeyd edək ki, Rövşən Səfərov 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalını qazanıb.

Digər məlumatlar

FHN-in əməkdaşı Avrasiya çempionu olub

20-21 noyabr 2021-ci il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan Döyüş Sənəti üzrə Avrasiya Çempionatı keçirilib. Çempionatda doqquz ölkədən 300-ə yaxın idmançı iştirak edib....

Ardını oxu

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar

28-31 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 21-ci respublika çempionatı keçirilib....

Ardını oxu

FHN-in zabiti yenidən Azərbaycan çempionu olub

12-14 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Strongmen Federasiyasının birgə təşkilatçılığı ilə Strongmen İdman növü üzrə ölkə çempionatı keçirilib. ...

Ardını oxu