Geri

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.

Ümumilikdə çempionatda 18 komandadan 75-ə yaxın idmançı iştirak etib. Yüz və min metr məsafəyə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri FHN-in Bakı Regional Mərkəzi, üçüncü yeri isə Gəncə Regional Mərkəzinin komandası tutub.

Şəxsi göstəricilərə görə isə birinci yerə Pərviz Babayev (Xüsusi Riskli Xilasetmə Xidməti), ikinci yerə Vladislav Hacıbalayev (Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti), üçüncü yerə Elmir Əhədov (Muğan Regional Mərkəzi) layiq görülüb.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə daha yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb. FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalib gələn idmançılara uğurlar arzulayıb.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Digər məlumatlar

FHN-in əməkdaşı Avrasiya çempionu olub

20-21 noyabr 2021-ci il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan Döyüş Sənəti üzrə Avrasiya Çempionatı keçirilib. Çempionatda doqquz ölkədən 300-ə yaxın idmançı iştirak edib....

Ardını oxu

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar

28-31 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 21-ci respublika çempionatı keçirilib....

Ardını oxu

FHN-in zabiti yenidən Azərbaycan çempionu olub

12-14 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Strongmen Federasiyasının birgə təşkilatçılığı ilə Strongmen İdman növü üzrə ölkə çempionatı keçirilib. ...

Ardını oxu