Geri

FHN-nin "Xilasedici" voleybol komandası turnirdə 4-cü qələbəsini qazanıb

8 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.  “Xilasedici” rəqibini asanlıqla məğlub edərək 3-0 (25:16, 25:17, 25:10) hesabı ilə qələbə qazanıb. Nəticədə “Xilasedici” komandası turnir cədvəlində vahid liderliyini qoruyub. Komandamızın 4 görüşdən sonra 9 xalı var.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları fevral ayının 12-də keçiriləcək. FHN-nin "Xilasedici" komandasının növbəti oyunu FHN-nin İdman-sağlamlıq Mərkəzinin idman arenasında “Murov” komandası ilə baş tutacaq.

Digər məlumatlar

FHN-in əməkdaşı Avrasiya çempionu olub

20-21 noyabr 2021-ci il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan Döyüş Sənəti üzrə Avrasiya Çempionatı keçirilib. Çempionatda doqquz ölkədən 300-ə yaxın idmançı iştirak edib....

Ardını oxu

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar

28-31 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 21-ci respublika çempionatı keçirilib....

Ardını oxu

FHN-in zabiti yenidən Azərbaycan çempionu olub

12-14 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Strongmen Federasiyasının birgə təşkilatçılığı ilə Strongmen İdman növü üzrə ölkə çempionatı keçirilib. ...

Ardını oxu