13-15 sentyabr 2019-cu il tarixlərində, Xırdalan şəhər AAAF park yaşayış kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə “I Zirvə Kuboku” yarışları keçirilib. Yarışlarda 20 komandadan, 370-ə yaxın idmançı mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən yarışlarda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin komandası da iştirak edib. İdmançılar yarışda Mərkəzin baş zabiti Namiq Sovdumzadənin rəhbərliyi altında iştirak ediblər. Mərkəzi Sərbəst güləş üzrə təmsil edən yeniyetmələr arasında Kənan Bünyadov 32-kq çəki dərəcəsində 1-ci yerə, Rəvan Cahangirli 35-kq çəki dərəcəsində 2-ci yerə layiq görülüb. Mərkəzin rəisi polkovnik Füzuli Musayev idmançıları və məşqçini qəbul edərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.
25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...
Ardını oxu23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......
Ardını oxu22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki......
Ardını oxu