Geri

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə keçirilən çempionata yekun vurulub

11-13 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında səmti müəyyən etmə üzrə keçirilən çempionata yekun vurulub.

Yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev, FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək ölkəmizdə keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışıbar. Qeyd olunub ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə idman növü üzrə çempionatda nazirliyin müxtəlif qurumlarını təmsil edən 21 komandanın tərkibində 100-ə yaxın idmançı iştirak edib. İki gün davam edən yarışın final mərhələsində nazirliyin qurumlarının əməkdaşları komanda və şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdirib.

Yarışda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası birinci, Mülki Müdafiə Qoşunlarının komandası ikinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası üçüncü yeri tutub. Qızlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Fərqanə Saxrayeva ikinci yeri tutub. Kişilərin yarışında isə Kiçik Həcmli Gəmilərə Nəzart və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Mirzə Hüseynzadə birinci, Qarabağ Regional Mərkəzinin əməkdaşı Aqil Məmədov ikinci, Cənub Regional Mərkəzinin əməkdaşı Abasət Babayev üçüncü yerə çıxıb.

Sonda qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Digər məlumatlar

FHN-in karate komandasının idmançıları beynəlxalq turnirdə uğur qazanıblar

24-25 aprel 2021-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Unmei Cup”  beynəlxalq turniri keçirilib. ...

Ardını oxu

FHN-nin Cüdo komandasının üzvü “İdman ustası” dərəcəsinə layiq görülüb

25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi  xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...

Ardını oxu

FHN-in karate komandası keçirilən turnirdə uğurla çıxış edib

23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......

Ardını oxu