10-12 may 2019-cu il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində “Powerlifting” (Ağırlıq qaldırma) üzrə Avropa çempionatı keçirilib. Çempionatda Azərbaycan yığmasıda iştirak edib. Yarışda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri 4 qat Dünya (2015, 2016, 2017, 2018), 3 qat Avropa çempionu (2013, 2017, 2019), Azərbaycan, Avropa və Dünya rekordçusu, Rövşən Xəlilov 75 kg çəki dərəcəsində iştirak edərək 3 hərəkətin cəmində 650 kq nəticə ilə və 2 hərəkətin cəmində 432 kq nəticə ilə 1-ci yerləri tutaraq, sinədən qaldırma hərəkətində dünya rekordu, yerdən qaldırma hərəkətində Avropa rekordunun sahibi olub.
Bundan başqa 17-19 may 2019-cu il tarixlərində Quba və Xaçmaz rayonlarında keçirilən Səmti Müəyyənetmə idman növü üzrə Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş VI Beynəlxalq kuboku yarışı olub. Bu yarışda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva təmsil edib. 2017-2018-ci illərin Azərbaycan çempionu, yarışların gümüş medalının sahibi olub.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançıları qəbul edərək onları qazandıqları nəaliyyətlərə görə təbrik edib və növbəti yarışlara uğurlar arzulayıb.
24-25 aprel 2021-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Unmei Cup” beynəlxalq turniri keçirilib. ...
Ardını oxu25 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinin cüdo üzrə yeniyetmələrdən ibarət komandasının üzvü Nigar Şamməmmədova cüdonun inkişafında göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsinə layiq görülüb. ...
Ardını oxu23-24 sentyabr 2020-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində açıq hava şəraitində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Full kontakt Kyokuşin Karate......
Ardını oxu