Geri

FHN-in İdman-sağlamlıq klubu yeni nailiyyyət əldə edib

2019-cu il 14-17 mart tarixlərində Sərhədçi İdman Kompleksində Azərbaycan Milli Karate Federasiyasının Gənclər və İdman nazirliyi ilə birgə təşkil etdiyi, federasiyanın yaranmasının 25 illik yubileyinə həsr olunmuş 10-cu Baku Open beynəlxalq karate turniri keçirilib.

Turnirdə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idmançıları da mübarizəyə qoşulub.

Yarışlarda İdman-sağlamlıq klubunun məşqçi-müəllimi Coşqun Sadıqovun yetirmələri tək mübarizədə 30 kq-da Fatma Hacıyeva və komanda döyüşlərində 10-11 yaşlı idmançılar arasında Mehdi Qafarlı, Fateh Sahibli, Camal Zeynalov 2-ci yeri tutublar.

Veteranlar üzrə turnirdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin daxili xidmət mayoru İlqar Ələkbərov 84 kq dərəcəsində, yarışların kata növündə isə  DYMX-nın çavuşu Rövşən Əliyev bürünc medal qazanıblar.

Digər məlumatlar

FHN-in əməkdaşı Avrasiya çempionu olub

20-21 noyabr 2021-ci il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan Döyüş Sənəti üzrə Avrasiya Çempionatı keçirilib. Çempionatda doqquz ölkədən 300-ə yaxın idmançı iştirak edib....

Ardını oxu

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar

28-31 oktyabr 2021-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 21-ci respublika çempionatı keçirilib....

Ardını oxu

FHN-in zabiti yenidən Azərbaycan çempionu olub

12-14 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Strongmen Federasiyasının birgə təşkilatçılığı ilə Strongmen İdman növü üzrə ölkə çempionatı keçirilib. ...

Ardını oxu