Geri

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahının məlumatı

"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə 27 dekabr 2017-ci il tarixində başlanan axtarış işləri davam edir. Axtarışlar Quba rayonunda yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır. 

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış işlərinə Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər cəlb olunmuşdur. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Əlavə məlumat veriləcək.​

Digər məlumatlar

Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir?

Mərkəzləşdirilmiş isitmə sistemi nəzərdə tutulmayan binalarda, həmçinin fərdi evlərdə mənzillərin isidilməsi üçün elektrik və qaz cihazlarından, eləcə də müxtəlif yanacaqla, o cümlədən odunla işləyən, sobalardan istifadə edilir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizə gəlmiş türkiyəli psixoterapevtlər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olmaq məqsədilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib. ...

Ardını oxu

Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib (video)

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə 20 yanvar 2021-ci il tarixində Türkiyədən dəvət olunmuş mütəxəssislər ölkəmizə gəlib. ...

Ardını oxu