Архив ежедневная хроники


11 noyabr 2011-ci il, saat 14:00

Bakı şəhəri, Xəzər rayonunda 234 saylı orta məktəbdə partlayış baş vermiş, 1 şagird xəsarət almışdır.

11 noyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda mənzilin giriş qapısının kilidinin sınması nəticəsində yaşlı qadının mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

10 noyabr 2011-ci il, saat 09:00-dək

Sumqayıt şəhərində, mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

9 noyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının kilidinin sınması nəticəsində yaşlı qadının mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.


4 noyabr 2011-ci il, saat 09:00-dək

Qəbələ şəhərində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və həmin tövlənin içərisinə yığılmış 3,5 ton ot bağlaması yanmışdır.

3 noyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus şirkətin ərazisində həcmi 150 kub metr olan bitum qızdırılan çənin içərisində olan 80 kub metr bitumdan sobaya və ətrafa dağılmış 10 kub metr bitum yanmışdır