Cənub Regional Mərkəzi - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 16 dekabr 2008–ci il tarixində yaradılmışdır.
Cənub Regional Mərkəzi haqqında Əsasnamə - fövqəladə hallar nazirinin 07 oktyabr 2009-cu il tarixli 075 nömrəli əmri ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi haqqında Əsasnamə” təsdiq edilmişdir.
Əhatə etdiyi ərazi barədə qısa məlumat:
Mərkəz Lənkəran şəhərinin, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının ərazisini əhatə edir.
Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazi seysmoaktiv zonada yerləşir, sürüşmə və subasma sahələri mövcuddur.
Respublikanın digər ərazilərinə xas olan partlayış-yanğın, bina və qurğularda baş verən dağıntılar, nəqliyyat və s. qəzalar Cənub Regional mərkəzinin əhatə etdiyi ərazi üçün də xarakterikdir.
Əlaqələr:
Ünvanı: AZ 4200, Lənkəran-Astara şossesi, Digah kəndi
Tel/faks: (02525) 4-04-38
Tel: (012) 512-38-18
E-mail: cenub.regional@fhn.gov.az