Ümumi məlumat

Gəncə Regional Mərkəzi - Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-ci il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Strukturu" əsasında yaradılmışdır.

Gəncə Regional Mərkəzi haqqında Əsasnamə - fövqəladə hallar nazirinin 07 oktyabr 2009-cu il tarixli 075 nömrəli əmri ilə təsdiq edilmişdir.

Əhatə etdiyi ərazi barədə qısa məlumat Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi özündə 1 şəhər və 8 rayonu birləşdirir. 
  • ərazisi - 10560 kv. km 
  • əhalisi - 1 087 726 nəfər
Gəncə Regional Mərkəzinin əhatə etdiyi ərazi seysmoaktiv zonada yerləşir, sürüşmə və subasma sahələri mövcuddur.

Respublikanın digər ərazilərinə  xas olan partlayış-yanğın, bina və qurğularda baş verən dağıntılar, nəqliyyat və s. qəzalar Gəncə Regional mərkəzinin əhatə etdiyi ərazi üçün də xarakterikdir.

Əlaqələr
:
Ünvan: AZ 2002, Gəncə şəhəri, Əziz Əliyev küçəsi, 110
Telefonlar: (994 12) 512-44-02, (994 12) 512-44-61, (022) 67-10-35
Faks: (994 12) 512-44-31