Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 4 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində 1 ədəd kombi aparatı yanıb.
Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 18 ədəd qoruyucu açar, 1 ədəd elektrik paylayıcısı və 8 p.m kabel yanıb.
Ağcabədi rayonunun Muğanlı kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 6 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.
Bakı şəhərinin Nizami rayonunda avtosisternin qoşquşunun (içərisi boş) yanar hissələri və ətrafında 5 m² sahədə qamışlıq sahə yanıb. Avtosisternin qalan hissəsi və yaxınlıqda olan yük avtomobili yanğından mühafizə olunub.