Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

19 oktyabr 2021-ci il saat 16:45-dək:

Şəki şəhərinin Cəyirli kəndində həyətyanı sahədə yığılan 7 ton ot bağlamasının 3 tonu yanıb.

19 oktyabr 2021-ci il saat 16:30-dək:

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzildə 2 p.m mətbəx mebeli və ev əşyaları yanıb.

19 oktyabr 2021-ci il saat 13:30-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 230 m² (hər mərtəbəsi 115 m²) olan ikimərtəbəli evin zirzəmisində 1 ədəd məişət avadanlığı yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 16 m² sahədə əriyib.

19 oktyabr 2021-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub...

18 oktyabr 2021-ci il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ayrı-ayrı ünvanlarda 1-i azyaşlı olmaqla 3 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

18 oktyabr 2021-ci il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 1 nəfərin ikimərtəbəli yaşayış binasının damından düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

18 oktyabr 2021-ci il saat 18:00-dək:

Bakı şəhərinin Qaradağ rayonunda mansarda tipli çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsi, qoruyucu açar, 36 ədəd elektrik açarı, 36 ədəd elektrik sayğacı və şaxta boyunca 1260 p.m elektrik kabeli yanıb. 

18 oktyabr 2021-ci il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

18 oktyabr 2021-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

17 oktyabr 2021-ci il saat 21:45-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlının barmağında dəmir halqa sıxılaraq qalıb...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr