Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 aprel 2019-cu il saat 00:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, İsmayıllı rayonunun Lahıc qəsəbəsində “BMW” markalı minik avtomobili yol kənarına aşıb.

13 aprel 2019-cu il saat 23:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Maşıoba kəndində 1961-ci il təvəllüdlü Ərəbov İlham Mail oğlunun meyitinin süni göldən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub... 

13 aprel 2019-cu il saat 23:30-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 18 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 6 m² sahədə ev əşyaları yanıb. Yüksək temperaturdan digər otaqda kondisioner və televizor əriyib.

13 aprel 2019-cu il saat 22:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...

13 aprel 2019-cu il saat 18:00-dək:

Şəki şəhərinin Aran kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları 10 m² sahədə və damına yığılan 1 ton ot bağlamasının 300 kiloqramı yanıb.

13 aprel 2019-cu il saat 15:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

13 aprel 2019-cu il saat 11:45-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

13 aprel 2019-cu il saat 09:00-dək:

Beyləqan rayonunda ümumi sahəsi 1050 m² olan tikilinin (çörəkbişirmə sexi kimi fəaliyyət göstərir) içərisində sobanın elektrik avadanlıqları yanıb.

13 aprel 2019-cu il saat 08:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

13 aprel 2019-cu il saat 00:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər giriş qapısının...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr