Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 6 kv.m sahədə yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.
Beyləqan rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan talvarın altına yığılmış 12 ton ot bağlamasının 8 tonu yanmışdır.
Ağsu rayonu, Pirhəsənli kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 340 kv.m olan ikimərtəbəli 8 otaqlı evin bir otağının tavanı 26 kv.m, döşəməsi 5 kv.m və ev əşyaları 5 kv.m sahədə yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir həlqənin sıxılaraq qalması barədə məlumat daxil olmuşdur.
Quba rayonu, Birinci Nügədi kəndində vətəndaşa məxsus “Vaz” markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...
Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m. sahədə və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır...