Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

27 yanvar 2016-cı il saat 14:15-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 36 kv.m sahədə və ev əşyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

27 yanvar 2016-cı il saat 14:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi...

27 yanvar 2016-cı il saat 12:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 2 otaqlı mənzilin 1 otağının döşəməsi 6 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

27 yanvar 2016-cı il saat 02:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qəbələ rayonu, Laza kəndinə yağan güclü qar nəticəsində yolda  avtomobilin 4 nəfərlə sürüşərək yolun kənarında qalması barədə məlumat daxil olmuşdur.

27 yanvar 2016-cı il saat 01:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 2 otaqlı mənzilin 1 otağında arakəsmə divar 0.5 kv.m sahədə yanmışdır.

27 yanvar 2016-cı il saat 01:15-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır.

26 yanvar 2016-cı il saat 21:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

26 yanvar 2016-cı il saat 18:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində “Opel" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdir.

26 yanvar 2016-cı il saat 10:15-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Aşağı Quşçu kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır.

26 yanvar 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Qaratuğay kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli qamış örtükdən ibarət kənd məscidinin yanar konstruksiyaları və içərisindəki əşyalar 80 kv.m sahədə yanmışdır. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr