29 aprel 2015-ci il saat 20:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışlar.
29 aprel 2015-ci il saat 14:15-dək, ilkin məlumata əsasən:
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan tövlənin dam örtüyü 3 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
29 aprel 2015-ci il saat 11:45-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Suraxanı rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olmuşdur.
29 aprel 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:
Şabran rayonu, Ağalıq kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 6 otaqlı (mərtəbələr arası və dam örtüyü qamışdan ibarət) evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır.
29 aprel 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 30-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili ilə "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir....
29 aprel 2015-ci il saat 04:00-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 2 p.m kabel yanmışdır...
28 aprel 2015-ci il saat 22:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...