Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

06 aprel 2015-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır.

05 aprel 2015-ci il saat 21:45-dək, ilkin məlumata əsasən:

Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 3 otaqlı evdə 6 litrlik məişət qaz balonundan qaz sızması nəticəsində yanğınla nəticələnən partlayış baş vermişdir.

05 aprel 2015-ci il saat 19:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

05 aprel 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

05 aprel 2015-ci il saat 13:45-dək, ilkin məlumata əsasən:

Quba rayonu, Gədikqışlaq kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin tüstü bacasının ətrafı 4 kv.m sahədə yanmışdır.

05 aprel 2015-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

05 aprel 2015-ci il saat 11:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda 1929-cu il təvəllüdlü Yeqorov Aleksandr Konstatinoviçə məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. 

05 aprel 2015-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus “Volkswagen” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır.

05 aprel 2015-ci il saat 06:00-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Şərif kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 495 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət məktəb binasının yanar konstruksiyaları, sinif otaqları və inventarlar yanmışdır...

05 aprel 2015-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində hal-hazırda  fəaliyyət göstərməyən təmir tikinti idarəsinə məxsus ümumi sahəsi 300 kv.m olan  köhnə anbarın içərisində 100 kv.m sahədə istehsalat tullantıları yanmışdır.... 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr