Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

21 iyun 2015-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

Yardımlı rayonu, Aşağı Astanlı kəndində (rayon mərkəzindən 36 km aralı, torpaq yol) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan taxta konstruksiyalardan ibarət tövlə və içərsinə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanmışdır...

21 iyun 2015-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən,Xaçmaz şəhərində 1985-ci il təvəllüdlü Lətifov Anar Zahid oğlunun cəsədi yüksək gərginlikli elektrik transformatorunun içərisində aşkar edilmişdir. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər transformatordan A.Lətifovun cəsədini çıxarıb aidiyyəti üzrə təhvil vermişlər....

20 iyun 2015-ci il saat 22:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan yardımçı tikilidə patlayış hadisəsi baş vermişdir.

20 iyun 2015-ci il saat 20:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

20 iyun 2015-ci il saat 20:15-dək, ilkin məlumata əsasən:

20 iyun 2015-ci il tarixində Xaçmaz şəhəri, Seyidli kəndində dənizdə 1 nəfər rezin qayıqla üzərkən hava şəraitinin küləkli olması səbəbindən boğulmaq təhlükəsi ilə üzləşmişdir.

20 iyun 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Privolnoye kəndində vətəndaşa məxsus "Mtz" markalı trakrorun qoşqusundan yola səpələnmiş 2 ton ot bağlamasının 0,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və traktor yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

20 iyun 2015-ci il saat 16:45-dək, ilkin məlumata əsasən:

Ağstafa rayonu, Saloğlu qəsəbəsində bələdiyyəyə məxsus ərazidə 8 ha kol-kos yanmışdır...

20 iyun 2015-ci il saat 07:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola, nəzarətsiz ərazidə) intihar etmək məqsədilə özünü dənizə atmış 1 nəfər dalğıc-xilasedicilər tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil...

20 iyun 2015-ci il saat 06:45-dək:

Mingəçevir şəhərində vətəndaşa məxsus “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri və yaxınlıqdakı ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının lambirdən ibarət üzlüyü 1 kv.m sahədə yanmışdır.

20 iyun 2015-ci il saat 03:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:44-də başa çatmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr