Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

01 iyun 2014-cü il saat 21:15-dək:

Füzuli rayonu, Aşağı Veysəlli kəndində vətəndaşa məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanmışdır. 

01 iyun 2014-cü il saat 12:30-dək:

Neftçala rayonu, Həsənabad qəsəbəsində vətəndaşa məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 350 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanmışdır.

01 iyun 2014-cü il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır....

01 iyun 2014-cü il saat 02:00-dək:

Lerik rayonu, Mastail kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus "Uaz" markalı mikroavtomobilinin mühərrik və salon hissəsi yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr