Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 iyun 2014-cü il saat 03:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. 

18 iyun 2014-cü il saat 00:15-dək:

Masallı rayonu, Həsənli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin çardağı 30 kv.m sahədə yanmışdır.

17 iyun 2014-cü il saat 22:30-dək:

Bərdə rayonu, Nazırlı kəndində (rayon mərkəzindən 32 km aralı) vətəndaşa məxsus qoşqunun təkərləri və qoşquya yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır.

17 iyun 2014-cü il saat 20:45-dək:

Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın tavanı 14 kv.m, 2-ci mərtəbədə isə 2 otağın tavanı 35 kv.m sahədə yanmışdır. 

17 iyun 2014-cü il saat 19:30-dək:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "ZİL" markalı yük avtomobilinin təkərləri və salon hissəsi yanmışdır. 

17 iyun 2014-cü il saat 17:30-dək:

Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı aynabəndən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 22 kv.m və evin çardağı 80 kv.m sahədə yanmışdır.

17 iyun 2014-cü il saat 14:45-dək:

Tərtər rayonu, Qapanlı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 6 tonu yanmışdır.

17 iyun 2014-cü il saat 11:40-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1982-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır... 

17 iyun 2014-cü il saat 10:15-dək:

İsmayıllı rayonu, Kürdmaşı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyü 4 kv.m. sahədə yanmışdır.

17 iyun 2014-cü il saat 02:30-dək:

Abşeron rayonu, Bakı-Sumqayıt yolunun 8-ci klometirliyində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr