Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

19 may 2014-cü il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır.

19 may 2014-cü il saat 11:30-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı bağ evinin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

19 may 2014-cü il saat 11:00-dək:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin damına yığılmış taxta materiallar 10 kv.m sahədə yanmışdır.

19 may 2014-cü il saat 08:00-dək:

Yevlax rayonu, Kövər kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Əməliyyat saat 04:48-də başa çatmışdır.

19 may 2014-cü il saat 03:50-dək:

Ağdaş rayonunda vətəndaşa məxsus "Niva" markalı minik avtomobilinin və digər vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş vermişdir. Nəticədə "Mercedes" markalı avtomobilin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə...

19 may 2014-cü il saat 01:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 900 metr aralda nəzarətsiz ərazidə) 1 nəfərin sərxoş halda çimərkən batması barədə məlumat daxil olmuşdur.  

18 may 2014-cü il saat 23:15-dək:

Cəlilabad rayonu, Abazallı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yiğılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır. Qalan ot bağlamalamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Əməliyyat saat 19:28-də başa çatmışdır;

18 may 2014-cü il saat 21:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsində diametri təxminən 1 metr dərinliyi 14 metr olan su quyusu ev sahibinin üç oğlu tərəfindən...

18 may 2014-cü il saat 17:40-dək:

15 may 2014-cü il tarixində Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən 140 km aralıda nəzarətsiz ərazidə) batmış 1995-ci il təvəllüdlü Ceyhun Vüqar oğlu Talıbovun axtarışları başa çatmışdır. C.Talıbovun cəsədi Fövqəladə Hallar...

18 may 2014-cü il saat 17:25-dək:

Binəqədi rayonu, Biləcəri qəsəbəsində vətəndaşa məxsus  ümumi sahəsi 20 kv.m. olan taxtadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları 12 kv.m. sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr