Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 7 otaqlı evin 5 otağının yanar konstruksiyaları və dam örtüyü 100 kv.m sahədə yanmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışlar.
Saatlı rayonu, Qara Nuru kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin tavanı və dam örtüyü 30 kv.m sahədə yanmışdır.