Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 may 2014-cü il saat 14:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında Türkiyə vətəndaşı 1967-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs...

18 may 2014-cü il saat 13:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1941-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. 

18 may 2014-cü il saat 08:30-dək:

Lənkəran şəhərində ümumi sahəsi 6 kv.m olan dəmir konstruksiyadan ibarət gözətçi köşkünün tavan hissəsi və içərisindəki əşyalar yanmışdır.

18 may 2014-cü il saat 03:50-dək:

Zaqatala rayonu, Birinci Tala kəndində (rayon mərkəzindən 4 km aralı) gücü 400 kVt olan transformatorun yağ çəni yanmışdır. 

17 may 2014-cü il saat 21:45-dək:

Mingəçevir şəhərində ümumi sahəsi 130 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. 

17 may 2014-cü il saat 18:45-dək:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan taxta konstruksiyadan ibarət talvar 3 kv.m sahədə yanmışdır. 

17 may 2014-cü il saat 14:15-dək:

Sabirabad rayonu, Axtaçı Muğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü, 1 otağın yanar konstruksiyaları 24 kv.m sahədə və ev əşyaları qismən yanmışdır.

17 may 2014-cü il saat 08:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 330 kv.m olan taxta sexinin yanar konstruksiyaları 80 kv.m sahədə və içərisində olan 6 ədəd dəzgah yanmışdır.

16 may 2014-cü il saat 21:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində köməyə ehtiyac olması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

16 may 2014-cü il saat 20:00-dək:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Daewoo" markalı sərnişin avtobusunun mühərrik hissəsi yanmışdır. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr