Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

08 sentyabr 2014-cü il saat 17:45-dək:

Astara rayonu, Səncərədi kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan həyətdə 400 kv.m sahədə kol-kos, 21 ədəd ağac və bələdiyyəyə məxsus ərazidə 2100 kv.m sahədə kol-kos yanmışdır. 

08 sentyabr 2014-cü il saat 17:30-dək:

Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

08 sentyabr 2014-cü il saat 14:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

08 sentyabr 2014-cü il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi şəhərində vətəndaşlara məxsus “Kamaz” markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. 

08 sentyabr 2014-cü il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Əlavə...

08 sentyabr 2014-cü il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış...

08 sentyabr 2014-cü il saat 01:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır...

07 sentyabr 2014-cü il saat 22:55-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus 1,3 ton ot bağlaması yanmışdır.

07 sentyabr 2014-cü il saat 22:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 5 nəfər köməksiz vəziyyətdə qalmışdır.

07 sentyabr 2014-cü il saat 20:30-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə və içərisinə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr