Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 may 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda şübhəli maddənin olması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, digər hüquq mühafizə orqanları məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri...

17 may 2012-ci il, saat 21:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda şübhəli maddənin olması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişlər.  

17 may 2012-ci il, saat 21:00-dək, ilkin məlumata əsasən

Qəbələ rayonunda “VAZ” və “MERCEDES” markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı minik avtomobilərin içərisində olan 3 nəfər sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişləri avtomobildən...

17 may 2012-ci il, saat 18:00-dək, ilkin məlumata əsasən

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 107 kv.m olan birmərtəbəli dördotaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 77 kv.m sahədə yanmışdır.    

17 may 2012-ci il, saat 16:20-dək ,ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 17 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 15:22-də Şəki rayonunun inzibati mərkəzindən 9 km qərbdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 3,0 bala qədər olmuşdur;

17 may 2012-ci il, saat 09:00-dək

Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan kafenin mətbəxində lambirindən ibarət tavan 9 kv.m sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

16 may 2012-ci il saat 23:00-dək, ilkin məlumata əsasən

16 may 2012-ci il saat 21:06 tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən 1987-ci il təvəllüdlü Şıxəliyev Yusif Taleh oğlu Kür çayının Hacıqabul rayon, Ağacanlı kəndi ərazisindən keçən hissəsində çimərkən batmışdır.

16 mart 2012-ci il saat 19:45-dək, ilkin məlumata əsasən

Qobustan rayonunda Bakı-Şamaxı yolunun 72-ci kilometrliyində “Mercedes” markalı minik avtomobili və “ZİL” markalı propan qazı daşıyan yük avtomobili toqquşmuşdur.

16 may 2012-ci il saat 15:20-dək, ilkin məlumata əsasən

Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan kafenin mətbəxində lambirindən ibarət tavan 9 kv.m sahədə yanmışdır. Kafenin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

16 may 2012-ci il saat 09:00-dək

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 15 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 09:54-də Zaqatala rayonunun inzibati mərkəzindən 10 km cənub-qərbdə zəlzələ qeydə alınmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr