Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

26 may 2012-ci il, saat 19:30-dək, ilkin məlumata əsasən

Salyan rayonu, Boranıkənd kəndi (116-cı YMB-dən 10 km aralı) vətəndaşa  məxsus həyətyanı sahəyə yığılmış 16 ton 400 kq ot tayasının 10 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və yaxınlıqdakı   köməkçi tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:32-də yanğınsöndürənlər...

26 may 2012-ci il, saat 16:30-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xətai rayonunda müvəqqəti təcridxananın yaxınlığında  partlayıcı qurğunun olması barədə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində ərazidə şübhəli əşya...

26 may 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan üçotaqlı evdə 1 ədəd yataq dəsti və lambirindən ibarət tavan 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

25 may 2012-ci il, saat 21:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1927-ci il təvəllüdlü qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır.

25 may 2012-ci il, saat 17:40-dək, ilkin məlumata əsasən

Mingəçevir su anbarında (xilasetmə məntəqəsinin ərazisində) 1995-ci il təvəllüdlü 1 nəfər çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir.

25 may 2012-ci il, saat 16:20-dək, ilkin məlumata əsasən

 Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan üçotaqlı evdə 1 ədəd yataq dəsti və lambirindən ibarət tavan 10 kv.m sahədə yanmışdır.

25 may 2012-ci il, saat 09:00-dək

Saatlı rayonu, Bəylər kəndində (rayon mərkəzindən 6 km aralı) “Azərenerji” ASC-yə məxsus transformatorun sarğıları və yağı yanmışdır.

24 may 2012-ci il, saat 18:30-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1930-cu il təvəllüdlü qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə...

24 may 2012-ci il, saat 17:30-dək, ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 24 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 16:48-də Şəki rayonunun inzibati mərkəzindən 14 km cənub-qərbdə zəlzələ qeydə alınmışdır. Episentrdə zəlzələ 3,0 bal olmuşdur. Şəkidə və episentrə...

24 may 2012-ci il, saat 15:25-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr