Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

3 may 2012-ci il, saat 09:00-dək

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər...

2 may 2012-ci il, saat 19:48-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki piyada keçidində şübhəli əşyanın olması barədə məlumat daxil olmuşdur.  

2 may 2012-ci il, saat 15:40, ilkin məlumata əsasən

Bakı şəhəri, Suraxanı rayonunda partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları...

2 may 2012-ci il, saat 12:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır...

2 may 2012-ci il, saat 09:00-dək

Göyçay rayonu, Potu kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 30 kv.m sahədə və çardağa yığılmış 500 kq ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

1 may 2012-ci il, saat 17:30:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər azyaşlı uşaq köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, giriş qapısı təsadüfən kilidlənmişdir. Xilasedicilər beşmərtəbəli...

1 may 2012-ci il, saat 09:00-dək

Bakı şəhəri, Suraxanı rayonunda “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqda olan tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr