Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

8 may 2012-ci il, saat 15:50-dək, ilkin məlumata əsasən

Ağdaş rayonu, Xosrov kəndi ərazisində Yuxarı Şirvan Kanalına düşmüş 1933-cü il təvəllüdlü İsmayıl Bağı oğlu İsmayılovun axtarışları başa çatmışdır. İ.İsmayılovun cəsədi düşdüyü yerdən, təxminən, 50 m aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir....

8 may 2012-ci il, saat 14:40- dək, ilkin məlumata əsasən

Quba rayonunda Bakı-Quba yolunun 146-cı kilometrliyində Vəlvələ çayı üzərindən keçən, təxminən, uzunluğu 120 m, eni 10 m olan körpü qəzalı vəziyyətə düşdüyündən hər iki istiqamətdə hərəkət dayandırılmışdır. Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür...

8 may 2012-ci il, saat 09:00-dək

Şəmkir şəhərində transformatorun yağı və sarğıları yanmışdır. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

8 may 2012-ci il saat 00:41-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nəsimi rayonu Xaqani küçəsi 42 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, “Trıntrava” restoranının zirzəmisində gizli yanğın baş vermişdir.

7 may 2012-ci il saat 23:00-dək, ilkin məlumata əsasən

07 may 2012-ci il tarixdə Zaqatala rayonunda baş vermiş zərzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Mülkü Müdafiə Qoşunlarının 450 nəfər şəxsi heyyəti, digər qurumlarından 100-ə yaxın xilasedici, yerli komissiyalarla birgə tikililərin vəziyyətinin qiymətləndirilməsi üçün mühəndis-konstruktorlar və 600-dən çox çadır bölgəyə...

7 may 2012-ci il saat 22:30-dək, ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2012-ci il tarixində Bakı vaxtı ilə saat 21:58-də Zaqatala rayonunundan 13 km cənubda zəlzələ qeydə alınmışdır.

7 may 2012-ci il, saat 20:00-dək, ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 19:15-də Zaqatala rayonunundan 14 km cənub-şərqdə təkrar yeraltı təkanlar qeydə alınmışdır.

7 may 2012-ci il saat 19:50-dək, ilkin məlumata əsasən

Şəmkir şəhərində “Azenerji” ASC-yə məxsus gücü 160 kVt olan transformatorun yağı və sarğıları yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmunmuşdur.

7 may 2012-ci il saat 17:15-dək, ilkin məlumata əsasən

Kütləvi informasiya vasitərində 07 may 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zərzələ zamanı Qax rayonu Meşəbaş kənd orta məktəbinin binasının uçması və şagirtlərin xəsarət alması barədə məlumatlar həqiqətə uyğun deyil.

7 may 2012-ci il saat 14:46-dək, ilkin məlumata əsasən

7 may 2012-ci il tarixində Zaqatala rayonundan 17 km cənub-qərbdə qeydə alınmış zəlzələ ilə əlaqədar Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin mütəxəssisləri tərəfindən hazırda hadisə zonasına baxış keçirilir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr