Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

28 dekabr 2012-ci il saat 22:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olması haqqında məlumat daxil olmuşdur....

28 noyabr 2012-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu, Salmanbəyli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 2 tonu yanmışdır...

28 dekabr 2012-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır.

28 dekabr 2012-ci il saat 13:50-dək ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı, 1 p.m kabel və yaxınlıqda qoyulmuş “BK-1500” markalı kondisioner yanmışdır....

28 dekabr 2012-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan vaqon tipli otağın yanar konstruksiyaları yanmışdır....

28 dekabr 2012-ci il saat 07:15-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 1500 kv.m olan üçmərtəbəli inzibati binanın 3-cü mərtəbəsində ümumi sahəsi 70 kv.m olan otaqda rəf və döşəmə 2 kv.m sahədə yanmışdır.

28 dekabr 2012-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Xətai rayonunda “VAZ” markalı minik avtomobili yolun kənarındakı daş hasara çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri...

27 dekabr 2012-ci il saat 23:00-dək:

Bakı şəhəri, Binəqədi rayonunda hal-hazırda istifadə olunmayan, ümumi sahəsi 850 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 290 kv.m sahədə yanmışdır.

27 dekabr 2012-ci il saat 18:00-dək:

Bakı şəhəri, Nəsimi rayonunda  hər mərtəbəsi 300 kv.m olan üçmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 250 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.  

27 dekabr 2012-ci il saat 14:00-dək:

Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin yanar konstruksiyaları 18 kv.m sahədə,  dam örtüyü və dama yığılmış istifadəsiz ev əşyaları 18 kv.m sahədə  yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr