Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

FHN Mətbuat xidmətinin məlumatı
29 iyun 2022-ci il

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN Mətbuat xidmətinin məlumatı (video)
29 iyun 2022-ci il

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Mirzəməmməd kəndində yol-qəza hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

FHN Mətbuat xidmətinin məlumatı (video)
29 iyun 2022-ci il

Xəbər verildiyi kimi, gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə...

FHN Mətbuat Xidmətinin məlumatı (video, foto)
28 iyun 2022-ci il

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Türkiyənin Milli Müdafiə Nazirliyi meşə yanğınlarının söndürülməsində iştirak etmiş FHN əməkdaşlarına təşəkkür edib
28 iyun 2022-ci il

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə tədbirlərinə cəlb olunub.

FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçılarının Nabranda təşkil olunmuş istirahəti sona çatıb
28 iyun 2022-ci il

Məlumat verildiyi kimi, 22-27 iyun 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Bakı şəhərindən olan 44 nəfər Vətən müharibəsi iştirakçısının Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Orman” ailəvi istirahət mərkəzində istirahətləri təşkil edilib.

FHN yanında İctimai şura təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizlik məsələlərini müzakirə edib
28 iyun 2022-ci il

28 iyun 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai şuranın iclası keçirilib.

FHN “Bakı Metropoliteni” QSC-də növbəti təlim keçirib
28 iyun 2022-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “N.Nərimanov” adına elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanunsuz tikintinin qarşısını alıb (video, foto)
28 iyun 2022-ci il

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN Mətbuat xidmətinin məlumatı
28 iyun 2022-ci il

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr