Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

Fövqəladə Hallar Nazirliyi qar uçqunlarında axtarış, xilasetmə və xizəksürmə üzrə təlim keçirir
31 yanvar 2019-cu il

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində yanvar ayının 26-dan fevral ayının 4-dək qar uçqunlarında axtarış və xilasetmə, həmçinin xizəksürmə üzrə təlimə start verilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatı
26 yanvar 2019-cu il

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin olunması məqsədilə imzaladığı fərman və sərəncamlara,  verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində struktur...

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində vətəndaşları qəbul etmişdir
25 yanvar 2019-cu il

25 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının və Gəncə şəhərinin sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində vətəndaşları qəbul edəcək
22 yanvar 2019-cu il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  25 yanvar 2019-cu il tarixində Gəncə şəhərində, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq
16 yanvar 2019-cu il

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında...

Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətlərinin MƏLUMATI
09 yanvar 2019-cu il

Yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olmuşdur.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir
08 yanvar 2019-cu il

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2019-cu il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir:

Dəm qazı təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (Video)
03 yanvar 2019-cu il

Qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr