Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lerik şəhərində vətəndaşları qəbul etmişdir
30 may 2014-cü il

30 may 2014-cü il tarixində Azərbaycan Respublikası Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov  Lerik şəhərində , Lerik, Lənkəran, Astara,  Yardımlı, Masallı və Cəlilabad

FHN-nin Azərbaycanın şimal-qərb bölgəsində zəlzələnin nəticələrinin aradan qaldırılması tədbirləri çərçivəsində inşa etdirdiyi yeni məktəb binalarının açılışı olmuşdur
29 may 2014-cü il

29 may 2014-cü il tarixdə Zaqatala rayonunun Aşağı Tala və Yuxarı Tala kəndlərində zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş məktəblər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş.

Qəbələ şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı”nın keçirilməsi planlaşdırılır
27 may 2014-cü il

İqtisadi Əməkdaşlıq Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 4-5 iyun 2014-cü il tarixində Qəbələ şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı”nın keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin daxili işlər naziri Efkan Ala ilə görüşmüşdür
26 may 2014-cü il

26 may 2014-cü il tarixində Azərbaycan Respublikasının  fövqəladə  hallar  naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının daxili işlər naziri Efkan Alanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Lerik şəhərində vətəndaşları qəbul edəcək
26 may 2014-cü il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 30 may 2014-cü il tarixində Lerik şəhərində, Lerik şəhər Mədəniyyət evinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

22 may 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin Katibinin beynəlxalq məsələlər üzrə köməkçisini qəbul etmişdir
22 may 2014-cü il

22 may 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamentinin Katibinin beynəlxalq məsələlər üzrə köməkçisi Alan Bersini qəbul etmişdir.

FHN və BMT İnkişaf Proqramının birgə layihəsi üzrə hesabat seminarı keçirilmişdir
21 may 2014-cü il

21 may 2014-cü il tarixində BMT-nin İnkişaf Proqramı və Fövqəladə Hallar Nazirliyinin birgə həyata keçirdiyi  “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi üzrə Hesabat Seminarı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən FHN tərəfindən sel daşqınları baş verən Serbiya və Bosniya -Herseqovinaya göndərdiyi yardımlar bu ölkələrin rəsmi qurumlarına təhvil verilmişdir
20 may 2014-cü il

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, mayın 19-da Fövqəladə Hallar Nazirliyi tərəfindən sel daşqınları baş verən Serbiya və Bosniya-Herseqovinaya  humanitar yardım yola salınıb.


Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr