Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul elan edilir

Əyani təhsilə kursant qəbulu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2024/2025-cü tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2024-cü ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2024-cü ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.


 

 


Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

· şəxsiyyət vəsiqəsinin, doğum və evli olduğu halda nigah, uşaqları olduğu halda onların doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surəti;

· hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsinin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

· tam orta məktəbin buraxılış sinifdə oxuyanlar müəyyən olunmuş formada arayış və xasiyyətnamə

· orta məktəbi bitirmiş şəxslər xasiyyətnaməni iş yerindən və ya hərbi hissədən təqdim edə bilərlər;

· tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

· yaşayış yerindən arayış;

· Fotoşəkil 3 x 4 sm 4 ədəd ağ fonda və 9x12 sm 2 ədəd qırmızı fonda, (tünd pencək, tünd qalstuk, ağ köynək, qadınlar qalstuksuz və iri bəzək əşyaları olmadan)

· Dövlət İmtahan Mərkəzinin rəsmi saytında təsdiqlənmiş abituriyentin elektron ərizəsi.


 

 

 

Xüsusi həkim ekspertiza komissiyasına təqdim edilən sənədlər:

· DƏRİ-ZÖHRƏVİ dispanserindən arayış, qanın RW markerinə görə müayinəsinin nəticəsi ilə;

· RUHİ-ƏSƏB dispanserindən arayış;

· NARKOLOJİ dispaserindən arayış;

· VƏRƏM dispanserindən arayış , Döş qəfəsi orqanlarının rentgen müayinəsinin nəticəsi ilə;

· Son 5 il ərzində qeydiyyatda olduğu poliklinikaya müraciəti haqqında arayış;

· Qanın İİÇV (HİV) antitellərinə görə müayinəsi;

· Burunətrafı ciblərin rentgenoqrafiyası;

· Sidiyin ümumi analizinin cavabı;

Qeyd: Bütün arayışların qeydiyyat tarixi, nömrəsi, imzası və möhürü olmalıdır.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Sənədlər mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20 ; (055) 375-14-14 (WhatsApp)


 

 

 

 

Qiyabi təhsilə dinləyici qəbulu:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2024/2025-ci tədris ilində qiyabi təhsil üzrə qəbula namizədlər tam orta təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sırasından seçilir.

Sınaqdan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı test imtahanlarında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.

Test imtahanlarının keçirilməsi ilə bağlı qaydalarla Dövlət İmtahan Mərkəzinin internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarda tanış olmaq olar.

Akademiyada təhsil müddəti 5 ildir.

Tədris Azərbaycan dilində aparılır.

Akademiyanın məzunlarına müvafiq olaraq “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi verilir.

Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

– xidmət (iş) yerini təsdiq edən vəsiqənin surəti və ya arayış;

– xidmət (iş) yerindən xasiyyətnamə;

– tam orta təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

– 4 ədəd 6x4 sm ölçüdə, 2 ədəd 9x12 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, kitel geyim formasında).

Sənədlər mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20 ; (055) 375-14-14 (WhatsApp)


 

 

 

 

Təkrar ali təhsilə dinləyici qəbulu:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2024/2025-ci tədris ilində təkrar ali təhsil üzrə qəbula namizədlər müvafiq ixtisaslar üzrə ali təhsilli şəxslər sırasından seçilir.

Akademiyada təhsil müddəti müvafiq təhsil proqramına uyğun müəyyən olunur.

Tədris Azərbaycan dilində aparılır.

Akademiyanın məzunlarına müvafiq olaraq “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsi verilir.

Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

– xidmət (iş) yerini təsdiq edən sənəd;

– baza təhsili haqqında sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

– 4 ədəd 6x4 sm ölçüdə, 2 ədəd 9x12 sm ölçüdə rəngli fotoşəkil (ağ fonda, kitel geyim formasında).

Sənədlər mart ayının 1-dən may ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20 ; (055) 375-14-14 (WhatsApp)