Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

11 iyun 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun əməkdaşı, paralimpiyaçı, nizə atma üzrə yüngül atlet İrada Əliyeva 7- 9 iyun 2019-cu il tarixlərində İtaliyada keçirilən Dünya Paratletika Qran-prisində 42.84 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

11 iyun 2019-cu il

7-8 iyun 2019-cu il tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Azərbaycan çempionatı keçirilib. 

11 iyun 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti növbəti maarifləndirmə tədbirini 11 iyun 2019-cu il tarixində Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski prospekti 157 ünvanında yerləşən “Golden City Hotel”də keçirib.

10 iyun 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Zaqatala Regional Meşə Təsərrüfatı Müəssisəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbirdə fövqəladə halların yaranma səbəbləri, ərazi üçün xarakterik olan təbii fəlakətlər, fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyinin təmin olunması...

07 iyun 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Daşkəsən rayon S.Ələkbərov adına Əmirvar-Əhmədli kənd ümumi orta məktəbində, Aran Regional Mərkəzi Naftalan şəhər Telekommunikasiya Qovşağında, Cənub Regional Mərkəzi Yardımlı rayon Ostayr kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri...

07 iyun 2019-cu il

1 iyun 2019-cu il tairixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Poverlifting idman növü üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub.

07 iyun 2019-cu il

7 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib. FHN-in canlı qüvvə və müvafiq texnika və avadanlıqlarının cəlb edildiyi təlimdə...

07 iyun 2019-cu il

7 iyun 2019-cu il tarixində FHN-in Sumqayıt Regional Mərkəzi Xızı rayon İcra Hakimiyyətinin akt zalında “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Sumqayıt Regional Mərkəzinin yerli özünüidarəetmə orqanları və icra strukturları ilə qarşılıqlı fəaliyyətin təşkili: qarşıda duran vəzifələr,...

04 iyun 2019-cu il

4 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağcabədi rayon Peşə Məktəbində, Şimal Regional Mərkəzi Xaçmaz rayon Gödəkli kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

04 iyun 2019-cu il

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 4 iyun 2019-cu il tarixində Bakı şəhərində yerləşən JW Marriott Absheron mehmanxanasında növbəti maarifləndirmə tədbirini keçirib.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr