Konfransın təşkil edilməsində əsas məqsəd BMT-yə üzv dövlətlər tərəfindən Hyoqo Fəaliyyət Çərçivəsi sənədi üzrə görülmüş işlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, fəlakət riskininin azaldılması üzrə regional və milli strategiya və planlar vasitəsilə əldə edilmiş təcrübələrin mübadiləsi, fəlakət riskinin azaldılması sahəsində 2015-ci il üzrə çərçivə sənədinin qəbul edlməsi və həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində müzakirələrin aparılması olmuşdur.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti konfrans çərçivəsində Yaponiyanin Yenidənqurma və İnfrastruktur üzrə dövlət naziri Yasutoşi Nişimura ilə görüşmüş və əlaqədar sahələr üzrə ixtisaslaşmış bəzi şirkətlərdə olmuşdur.