28 oktyabr 2022-ci il tarixində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə Nazirliyin Akademiyasında növbəti “GPS” (Global Positioning System) kursu keçirilib.
Kursların tədrisində məqsəd Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinin GPS vasitəsilə koordinatların təyin edilməsi və bu istiqamətdə biliklərinin artırılması olub.
Kursları müvəffəqiyyətlə bitirən Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunacaq.