02-06 avqust 2022-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə Milli Aviasiya Akademiyasında “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması” tədris kursları keçirilib.
Milli Aviasiya Akademiyasının təcrübəli müəllim heyəti tərəfindən təşkil olunan kursların tədrisi Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinin təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması və bu istiqamətdə biliklərinin artırılmasına xidmət edir.
Kursu müvəffəqiyyətlə biitirən Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub.