Məlumatlar

INSARAG sinifləndirilməsi çərçivəsində FHN əməkdaşları üçün ingilis dili kursları təşkil olunub

Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə ingilis dili kurslarının növbəti mərhələsinə start verilib.

Nazirliyin Mülki müdafiə qoşunlarının Tədris korpusunda təşkil olunan kurslara FHN Akademiyasının təcrübəli müəllim heyəti cəlb olunub. Bir neçə mərhələdən təşkil olunacaq kursların tədrisində Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinin ingilis dili səviyyəsinin yüksəldilməsi, bu istiqamətdə biliklərinin artırılması nəzərdə tutulub.