Proqram çərçivəsində FHN-in Mülki Müdafiə Qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin nəzdində fəaliyyət göstərən dəstə üzvləri ilə görüşlər olmuş, nazirliyin qurumları tərəfindən istifadə edilən avadanlıq, texnika və kinoloji xidmətə baxış və qiymətləndirmə keçirilmişdir.
Bununla yanaşı, FHN-in Akademiyasının kursant-xilasedicilərinin dərs proqramı və sinif otaqları ilə də tanışlıq olmuşdur. Tanışlığın məqsədi şəhər axtarış-xilasetmə dəstəsinin gələcəkdə INSARAG sinifləndirilməsinə hazırlıq prosesində tətbiq olunan qaydalara uyğunlaşdırılması və təlim işinin qurulmasıdır.
FHN-in ŞAX axtarış-xilasetmə dəstəsi INSARAG sinifləndirilməsinin birinci fazasına daxil olmuşdur.